• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkəyə 118 milyon ABŞ dolları ayrılacaq

Bu ölkəyə 118 milyon ABŞ dolları ayrılacaq
29.06.2022 08:19
Kanada hökuməti humanitar və digər ehtiyaclar üçün Ukraynaya daha 151,7 milyon Kanada dolları (təxminən 118 milon ABŞ dolları) ayıracaq. Bu barədə Şimali Amerika ölkəsinin Baş naziri Castin Trüdonun Almaniyada keçirilən G7 sammitinin yekunlarına görə yayılan mətbuat xidmətinin bəyanatında deyilir.

"Baş nazir Trüdo Ukraynada sülh və təhlükəsizliyi dəstəkləmək üçün yeni humanitar yardımın göstərilməsi üçün 151,7 milyon Kanada dolları ayrıldığını açıqlayıb”, - sənəddə deyilir.

Bu məbləğin 75 milyon Kanada dolları (təxminən 58 milyon ABŞ dolları) birbaşa ərzaq, tibbi ləvazimat və müvəqqəti sığınacaqların alınmasına yönəldiləcək. 15 milyon Kanada dolları (11,6 milyon ABŞ dolları) Ukrayna ərazisinin minalardan təmizlənməsi proqramlarına yönəldiləcək.

Bundan əlavə, Castin Trüdo qeyd edib ki, rəsmi Ottavanın əvvəllər Kiyevə yardım üçün ayırdığı 73 milyon Kanada dolları (56,7 milyon ABŞ dolları) Ukrayna və onun qonşu dövlətlərində humanitar böhranın aradan qaldırılması üçün tədbirlərə yönəldiləcək.
 
Mənbə - report.az

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol