• $
  • €
  • ₽
  • ₺
  • £

İran rəsmisi: “Urmiya gölü akvatoriyasının yalnız 7 faizi qalıb”

İran rəsmisi: “Urmiya gölü akvatoriyasının yalnız 7 faizi qalıb”
21.04.2014 20:26
“Urmiya gölü akvatoriyasının yalnız 7 faizi qalıb”. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu İranın Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejad bildirib. Onun sözlərinə görə, bu yay Urmiya gölünün bərpa edilməsi üçün sonuncu möhlətdir: “Əgər zəruri tədbirlər görülməsə, təəssüf ki, gölün cənub hissəsini itirəcəyik və bərpası üçün ümid azalacaq. Ona görə də Urmiya gölünün saxlanılması üçün xalqın və səlahiyyətli şəxslərin güclü iradəsini ortaya qoyması lazımdır”. H.Abbasnejad deyib ki, İran hazırda su böhranı mərhələsindədir: “Ölkə növbəti 13 il ərzində də su böhranının şahidi olacaq”. İranın Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri həmçinin Urmiya gölünün üç il ərzində bərpa edilməsi üçün 140 mlrd. riyal kredit (təxminən 5.5 mln. dollar) götürülməsi planlaşdırıldığını da vurğulayıb. Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.ANNET.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol