• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə növbəti meşə yanğını - Səbəb bilinmir

Türkiyədə növbəti meşə yanğını - Səbəb bilinmir
05.07.2022 14:57
Türkiyənin Çanaqqala şəhərində meşə yanğınları başlayıb. Bu barədə ölkənin yerli mediası məlumat yayıb. 

Yanğının söndürülməsi istiqamətində işlər aparılır. Hadisənin səbəbi hələlik məlum deyil.
 
Hər il yay aylarında Türkiyənin Aralıq dənizi və Ege regionlarında meşə yanğınları yaranır. Lakin 2021-ci ilin may ayı son 50 ilin ən istisi may idi və ölkə daxilində Türkiyədəki iqlim dəyişikliyindən qaynaqlandığı ehtimal edilən quraqlıq yaranmışdır.Bunun ardınca iyunun ortalarına qədər 1°C-dən aşağı olan müsbət temperatur anomaliyaları və bol yağıntı müşahidə edilsə də, bu, 26–27 iyun tarixlərində Kaş, Tarsus və Marmarisdə baş verən yanğınlara mane olmadı. İyulun ikinci yarısında daha güclü istilər müşahidə edilmiş, bəzi bölgələrdə 12° C -ə qədər müsbət temperatur anomaliyası yaranmış və mövsümi gündüz istiliyinin 27 °C (81 °F) civarında olduğu İstanbulun şimalında temperatur 36 °C (97 °F) olaraq qeyd edilmişdir.[21][22][23] Bundan başqa Türkiyənin cənub-şərqindəki Cizrə şəhərində havanın temperaturu 49 °C (120° F) civarında qeydə alınmışdır ki, bu da ölkə miqyasında son 60 il üçün ən yüksək temperaturdur. 

Ötən il  iyulun 28-dən avqustun 3-dək 38 bölgədə 163 yanğın çıxıb. Ölkənin Səhiyyə Nazirliyinin başçısı Fahrettin Koca bildirib ki, Türkiyədə meşə yanğınları zamanı ölənlərin sayı 8 nəfərə çatıb, zərərçəkənlərin sayı 860 nəfəri ötüb.


Ləman Qasımova




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol