• $
  • €
  • ₽
  • ₺
  • £

Tokayev Avropaya Rusiya əvəzinə Qazaxıstan neftini TƏKLİF ETDİ

Tokayev Avropaya Rusiya əvəzinə Qazaxıstan neftini TƏKLİF ETDİ
05.07.2022 20:30
Qazaxıstan dünya və Avropa bazarlarında vəziyyəti sabitləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə hazırdır. Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığı zamanı deyib.

 
"Prezident, həmçinin Avropa İttifaqını alternativ transkontinental dəhlizlərin, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında əməkdaşlığa çağırıb. Kasım-Jomart Tokayev, həmçinin dünyanın enerji təhlükəsizliyinə təhdidlərdən narahatlığını bildirib. Onun sözlərinə görə, Qazaxıstan dünya və Avropa bazarlarında vəziyyəti sabitləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə hazırdır”, - Qazaxıstan Prezidentinin mətbuat xidməti bildirib.
 
Tokayev, həmçinin Şarl Mişelə xatırladıb ki, Qazaxıstan Mərkəzi Asiyada Avropa İttifaqı ilə Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalayan ilk ölkədir və bu, Qazaxıstan və Aİ arasında münasibətləri "yeni səviyyəyə” gətirib.
 
"Ölkəmiz Qazaxıstanın ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı ilə davamlı əlaqələri inkişaf etdirməyə sadiqdir”, - bəyanatda deyilir.
 
Qazaxıstan parlamenti palataların birgə iclası zamanı daha əvvəl respublikanın sülhməramlı kontingentinin BMT missiyalarında iştirak etmək üçün göndərilməsini dəstəkləyib. Bu təklifi prezident Kasım-Jomart Tokayev irəli sürüb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol