Rusiya bu ərazilərə hücuma hazırlaşır

Rusiya Slavyansk və Kramatorska paralel hücuma hazırlaşırlar. Bu barədə Müharibə Tədqiqat İnstitutu (ISW) iyulun 7-nin nəticələrinin xülasəsində qeyd edib.
Rus qoşunları Barvenkovonun cənubuna artilleriya zərbələri endirib, Nikopol və Novopavlovkanı, həmçinin Slavyanskın şimal-qərbindəki bir neçə yaşayış məntəqəsini atəşə tutub.
İnstitut ekspertlərinin fikrincə, bu zərbələr işğalçıların şərqdən Barvenkovodan yan keçməyə və ya cənub-şərqdən Slavyanska doğru hərəkət etmək üçün E40 İzyum-Slavyansk magistralına doğru hərəkət etməyə və ya Barvenkovodan Kramatorska doğru birbaşa cənub-şərqə doğru hərəkət etməyə çalışdıqlarını göstərə bilər.

"Rusiya qüvvələri Kramatorska mümkün hücum üçün şərait yarada bilər ki, bu da Slavyanska hücumla paralel gedir”, ekspertlər proqnozlaşdırırlar.

Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Ləman Qasımova

www.anews.az