• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlük protokolunu ratifikasiya edib

Almaniya parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlük protokolunu ratifikasiya edib
08.07.2022 19:30
Almaniya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini ratifikasiya edib.

Məlumatı Almaniya Bundestaqının saytı yayıb.


Bildirilib ki, layihəni hakim Sosial Demokratlar, "Yaşıllar” və Azad Demokratlar partiyaları, əsas müxalifət sayılan Xristian-Demokrat Partiyası və Xristian Sosialist İttifaqı dəstəkləyib. Almaniya üçün Alternativ Partiyasının deputatları səsvermədə tərəfsiz qalıb, Sol Partiyanın deputatları isə layihənin əleyhinə səs verib.


Polşa parlamentinin Aşağı Palatası da İsveç və Finlandiyanın Alyansa daxil olması haqqında protokolu ratifikasiya edib. Prezident Anjey Duda bu iki dövlətin NATO-ya üzv olması ilə bağlı sənədi təsdiqləməlidir.


Xatırladaq ki, Danimarka, Norveç, Kanada, İslandiya və Albaniya parlamentləri artıq uyğun sənədi ratifikasiya edib.


Qeyd edək ki, NATO-nun iyunun 28-30-da İspaniyanın Madrid şəhərində keçirilən zirvə toplantısında İsveç və Finlandiyanın Alyansa üzv olmasına dair ərizəsinə müsbət cavab verilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol