• $
  • €
  • ₽
  • ₺
  • £

Britaniyada baş nazir olmaq istəyən namizədlər açıqlandı - ADLAR

Britaniyada baş nazir olmaq istəyən namizədlər açıqlandı - ADLAR
09.07.2022 13:00
Böyük Britaniyanın sabiq maliyyə naziri Rişi Sunak Mühafizəkarlar Partiyasının növbəti lideri və baş nazir olmaq üçün mübarizə aparacağını bəyan edib.

Rişi Sunak namizədliyini elan edən ən məşhur simadır.

Baş nazir və Mühafizəkarlar Partiyasının lideri olmaq qərarını açıqlayan Sunak "etimadı bərpa etmək, iqtisadiyyatı dirçəltmək və ölkəni yenidən birləşdirmək” istədiyini bildirib.

Xatırladaq ki, Britaniyanın baş naziri Boris Conson bir nüçə gün öncə istefa verib. O, yeni lider seçilənə qədər baş nazir vəzifəsində qalmaq niyyətindədir.

Qeyd edək ki, Mühafizəkarlar partiyasından deputat Tom Tugendhat, baş prokuror Suella Braverman və keçmiş nazir Kemi Badenok da namizəd olmaq niyyətlərini açıqlayıblar.

Bu arada keçmiş xarici işlər naziri Ceremi Hant, müdafiə naziri Ben Uolles və keçmiş səhiyyə naziri Sacid Cavidin də liderliyə namizədliyini irəli sürmək fikrində olduqları bildirilir.

Keçmiş Brexit naziri Steve Baker liderliyə namizədliyini irəli sürmək fikrində olduğunu bildirsə də, təklifini geri götürüb və baş prokuror Bravermanı dəstəkləyib.

Seçki təqvimi gələn həftə təsdiqlənməlidir, yeni baş nazir sentyabrda vəzifəyə başlayacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol