Ukrayna beynəlxalq təşkilatlardan 1,7 milyard dollar qrant alacaq

Ukrayna Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB), Beynəlxalq İnkişaf Assosiasiyası və USAİD-in yaratdığı Vahid Donor Etimad Fondu vasitəsilə 1,7 milyard ABŞ dolları qrant alacaq.
Onun sözlərinə görə, müvafiq sazişin layihəsi hökumətin iclasında təsdiqlənib.
"Qrant Ukraynanın dövlət büdcəsinə təmənnasız, geri qaytarılmayan əsasda cəlb olunacaq”, - Şmıqal deyib.
Onun sözlərinə görə, vəsait dövlət büdcəsinin tibbi xidmət xərclərinin ödənilməsinə yönəldiləcək.
www.anews.az
























