Türkmənistanın Azərbaycandakı səfiri vəzifəsindən azad edilib

Türkmənistanın Azərbaycandakı səfiri Məkan İşanquliyev vəzifəsindən azad edilib. Bununla bağlı ölkə Prezidenti Sərdar Berdiməhəmmədov müvafiq sərəncam imzalayıb.
www.anews.az
Digər bir əmr ilə Məkan İşanquliyevi Türkmənistanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Türkmənistanın dövlət başçısının fərmanına əsasən, Qurbanmamet Elyasov Azərbaycana səfir təyin olunub. Diplomat bundan əvvəl Türkmənistanın Yaponiyadakı səfiri olub.
www.anews.az
























