• $
  • €
  • ₽
  • ₺
  • £

Ericsson Rusiyadan ayrıldıqdan sonra 130 milyon dollar itirdi

Ericsson Rusiyadan ayrıldıqdan sonra 130 milyon dollar itirdi
14.07.2022 12:49
Rusiya bazarını tərk etmək İsveçin Ericsson telekommunikasiya şirkətinə 1,2 milyard kron (130 milyon dollar) başa gəlib. Bu barədə təşkilatın saytında yer alan hesabatda bildirilir.

"Bu, 1,2 milyard SEK-ə başa gəlir. Rusiyada əməliyyatlar təxminən bu qədər azalıb”, - nəşr qeyd edib.

Hesabatda şirkətin ikinci rübdə əməliyyat gəlirinin 7,3 milyard kron (780 milyon dollar) təşkil etdiyi, analitiklərin proqnozlaşdırdığından bir qədər az olduğu göstərilib. Onlar öz növbəsində mənfəətin 8 milyard kron (850 milyon dollar) səviyyəsində olacağını hesablayıblar.

2022-ci ilin ikinci rübü üçün şirkətin dövriyyəsi 62,5 milyard kron (6,67 milyard dollar) təşkil edib. Eyni zamanda, ötən ilin eyni dövründə dövriyyə 54,9 milyard kron (5,86 milyard dollar) səviyyəsində olub.

Aprelin 11-də Ericsson Rusiyadakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Açıqlamada qeyd edilir ki, rusiyalı işçilər ödənişli məzuniyyətə göndəriləcək.
 
"Fevralın sonunda Ericsson Rusiyaya bütün tədarükləri dayandırıb.
 
"Son hadisələr və Aİ-nin sanksiyaları fonunda şirkət qeyri-müəyyən müddətə Rusiya müştəriləri ilə bağlı bütün fəaliyyətlərini dayandırır”, - deyə şirkət izah edib.

Açıqlamada qeyd edilir ki, rusiyalı işçilər ödənişli məzuniyyətə göndəriləcək.

TelecomDaily analitik agentliyinin baş direktoru Denis Kuskov bildirib ki, Ukraynada hərbi xüsusi əməliyyatlar davam edərsə, rusiyalı mobil internet istifadəçiləri 6 ay ərzində sürətdə azalma hiss edəcəklər.

Fevralın 24-dən sonra üç əsas telekommunikasiya avadanlığı təchizatçısından ikisi - Ericsson və Nokia Rusiyadakı fəaliyyətini dayandırdı. Üçüncü şirkət - Huawei - işini müvəqqəti dayandırıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol