• $
  • €
  • ₽
  • ₺
  • £

Metroda sərnişinlər üçün cənnət yaradılacaq - FOTO

Metroda sərnişinlər üçün cənnət yaradılacaq - FOTO
20.04.2014 15:30

Müasirliyi və gözəlliyi ilə inkişaf etmiş ölkələri geridə qoyan Dubay metrosunda kinoteatrlar və elektron kitabxanalar peyda olacaq. ANS PRESS-in məlumatına görə, Dubay metropoliteninin altı stansiyasında bədii sərgi və digər muzey nümunələri ilə yenidən təchiz ediləcəyi bildirilmişdi. Gulf News agentliyi bu yeniliklərə kinoteatrların və elektron kitabxanaların əlavə edildiyini yazıb. 

Hər stansiyaya müəyyən edilmiş tərzdə görünüş veriləcək: musiqi, rəsm əsərləri, fotolar, müasir incəsənət və islam kalliqrafik xətti ilə sərnişinlərin gözünü və qulaqlarını oxşayacaq. Həmçinin stansiyaların birində elektron kitabxana yaradılacaq. Metroda işıq, musiqi və 3D effektləri ilə artistlərin tamaşaları, kinolar göstəriləcək. 

Bundan savayı layihə çərçivəsində piyada keçidlərinin və metropoliten qatarlarının bəzədilməsi nəzərdə tutulub. Görüləcək işlərə 50 milyon dollar vəsait ayrılıb. Metrodakı yenidənqurmanın 2015-ci il mart ayında keçirilməsi nəzərdə tutulan "Art Dubai 2015" bədii sərgiyədən başa çatması planlaşdırırlır.

Dubay metrosu iki qola ayrılmış 49 stansiyadan ibarətdir. Qatarlar bütünlüklə avtomatlaşdırılıb və maşinist olmadan idarə edilir. 2014-cü ilin birinci kvartalında Dubay metrosundan istifadə edən sərnişinlərin sayı 40 milyonu keçib.

ANS PRESS

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol