• $
  • €
  • ₽
  • ₺
  • £

Şoyqu Ukrayna ilə bağlı Rüstəm Muradova göstərişlər verdi

Şoyqu Ukrayna ilə bağlı Rüstəm Muradova göstərişlər verdi
18.07.2022 11:24
Müdafiə naziri Sergey Şoyqu Ukraynada hərbi əməliyyatlarda iştirak edən Rusiyanın "Vostok” qrupuna baxış keçirib, bu barədə nazirliyin telegram kanalında məlumat verilib.

"Komanda məntəqəsində "Vostok” qrupunun komandiri, general-leytenant Rüstəm Muradov Rusiya Hərbi İdarəsinin rəisinə mövcud vəziyyət və düşmən qüvvələrinin darmadağın edilməsi istiqamətində verilən döyüş tapşırıqlarının yerinə yetirilməsinin gedişi barədə məruzə edib", - məlumatda vurğulanıb.


Şoyqu Muradova ilk növbədə Donbass qəsəbələrində yaşayış məntəqələrinin atəşə tutulduğu, həmçinin buğda sahələrinin və taxıl anbarlarının yandırıldığı yüksək dəqiqlikli uzaqmənzilli raket və artilleriya silahlarını məhv etməyi tapşırıb.


Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin rəhbəri Donbass şəhərlərinə və Ukraynanın digər vilayətlərinə raket hücumlarının qarşısını almaq üçün Rusiyanın "Cənub” və "Mərkəz” hərbi qruplaşmalarının hərəkətlərini gücləndirməyi tapşırmışdı.


Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini açıqlayıb.

Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
 
Gülnar

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol