Portuqaliyada anomal istilər 1 065 nəfərin ölümünə səbəb olub

Portuqaliyada anomal istilər 1 065 nəfərin ölümünə səbəb olub. Bu barədə xarici KİV-də ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölüm statistikası 7-18 iyul tarixlərini əhatə edir.
Yüksək temperaturun artması ilə bağlı yaxın günlərdə daha çox ölüm ehtimalının olduğu bildirilib.
Portuqaliya Dəniz və Atmosfer İnstitutunun məlumatına görə, ölkədə havanın temperaturu yüksək yanğın riski səviyyəsində qalır.
www.anews.az
























