• $
  • €
  • ₽
  • ₺
  • £

BMT Talibanı qadın hüquqlarını pozmaqda ittiham edir

BMT Talibanı qadın hüquqlarını pozmaqda ittiham edir
21.07.2022 15:26
Birləşmiş Millətlər Təşkilatının yeni hesabatında deyilir ki, Əfqanıstanda qadın hüquqlarının pozulması Talibanın keçən ilin avqustunda ölkəni ələ keçirməsindən sonra ən çox diqqət çəkən məsələlərdən biri olub.

BMT-nin Əfqanıstandakı Yardım Missiyası və ya UNAMA kimi tanınan təşkilat Kabildə keçirdiyi mətbuat konfransında hesabatı açıqlayaraq, Talibanın gözlənilmədən hakimiyyətə keçməsindən bəri "bu günə qədər həyata keçirilən insan haqları pozuntularının açıq-aşkar cəzasız qalmasından" dərin narahatlığını ifadə edib.

Hesabatda avqustun 15-dən etibarən qadın və qızların təhsildə, iş yerlərində, ictimai və gündəlik həyatın digər aspektlərində tam iştirak etmək hüquqları tədricən məhdudlaşdırılıb və bir çox hallarda tamamilə əllərindən alınıdığı deyilib.

"Qızların orta məktəbə qayıtmasına icazə verməmək qərarı o deməkdir ki, qızların bu nəsli əsas 12 illik təhsilini tam başa vurmayacaq" - deyə, hesabatda bildirilib.

Taliban İslam qanunlarına uyğun siyasətlərini müdafiə edərək, qadınların işləmək və təhsil hüquqlarını əhəmiyyətli dərəcədə geri qaytarıb. Təhsil, səhiyyə və bir neçə digər nazirliklərdə işləyən qadınlar istisna olmaqla, dövlət sektorunda çalışan qadınların evdə qalmaları bildirilib.

"Qadınların və qızların təhsili, ictimai həyatda iştirakı istənilən müasir cəmiyyət üçün vacibdir. Qadınların və qızların evdə qalması Əfqanıstanı onların verə biləcəkləri əhəmiyyətli töhfələrdən faydalanmasından məhrum edir" - deyə, UNAMA-nın rəhbəri Markus Potzel bildirib.

Hakimiyyəti ələ keçirdikdən bir neçə gün sonra Taliban ölkədə uzun illər davam edən hərbi əməliyyatlara həmişəlik son qoymaq məqsədilə Əfqanıstanın keçmiş hökuməti və təhlükəsizlik rəsmiləri üçün ümumi amnistiya elan edib.

"Belə görünür ki, bu amnistiya ardıcıl olaraq qüvvədə qalmayıb, UNAMA 2021-ci ilin avqustun 15-dən və 2022-ci il iyunun 15-i tarixləri arasında de-fakto hakimiyyətin üzvləri tərəfindən keçmiş hökumət və təhlükəsizlik məmurlarından azı 160 nəfərinin məhkəməsiz öldürüldüyünüi qeydə alıb" - deyə, Fiona Frazer əlavə edib.

Hesabatda əsasən hüquq pozuntularında Taliban kəşfiyyatçıları günahlandırılır. Hesabatda bildirilib ki, İslam qanunlarını şərh və tətbiq edən Fəziləti Təbliğ və Pisliklərin Qarşısının Alınması Nazirliyi tərəfindən verilən direktivlər insan hüquqlarını, xüsusən də qadın hüquqlarını məhdudlaşdırır.
 
Aytac

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol