Türkiyədə 3 təyyarədə bomba həyəcanı: Axtarışlar aparılır

Türkiyənin Hatay aerodromunda 3 təyyarəyə bomba qoyulduğu barədə məlumat daxil olub.
"Axar.az" xəbər verir ki, Hatay valisi Məmməd Cəlaləddin daxil olan məlumatdan sonra təyyarələrdən 2-də axtarışlar aparldığını və məlumatın təsdiqini tapmadığını bildirib.3-cü təyyarədə axtarışların davam etdirildiyini deyən Cəlaləddin sərnişinlərə aid yük yerlərində də araşdırmaların aparıldığını bildirib.ANNET.Az
























