• $
  • €
  • ₽
  • ₺
  • £

Bu müğənni vergidən yayındığı üçün həbs edilə bilər - FOTO

Bu müğənni vergidən yayındığı üçün həbs edilə bilər - FOTO
29.07.2022 15:50
İspaniya Prokurorluğu tanınmış, kolumbiyalı müğənni Şakiranın vergi ödəməkdən yayındığına görə 8 il 2 ay müddətinə həbs olunmasını tələb edir. İspaniyanın El Pais qəzeti yazıb.

El País xəbər verir ki, onlar həmçinin onun 23,51 milyon dollar (23,7 milyon avro) cərimə ödəməli olduğunu bildiriblər.

İspaniya prokurorları ilk dəfə 2018-ci ildə Şakiraya qarşı ittiham irəli sürərək, onun orada 16,3 milyon dollar (14,5 milyon avro) vergi ödəmədiyini bildirib. Sözügedən ölkənin prokurorlar Şakiranın  ispaniyalı futbolçu Jerar Pike ilə münasibətdə olduğu üçün İspaniyada tez-tez vaxt keçirdiyini və ölkə vergisinə borclu olduğunu söyləyib.

Şakira və Pike 11 ildən sonra ayrıldıqlarını ötən ay elan ediblər. Şakira bu həftənin əvvəlində işi məhkəməyə vermək qərarına gəldi.

Billboard-un məlumatına görə, müğənni jurnalistlərə açıqlamasında "günahsızlığına inandığını və məsələni qanunun ixtiyarına buraxmağı seçdiyini" bildiriblər.

El País xəbər verir ki, Şakira istintaq başlayandan bəri qanuni olaraq Baham adalarında yaşadığını söyləyib. Reuters isə onun İspaniyada yaşamadığını bildirib.
 
Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Şakira eyni zamanda Kolumbiyada fəaliyyət göstərən Pies Descalzos adlı bir qeyri-hökumət təşkilatının qurucusu və fəxri sədridir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olub. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olub.
 

 
Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol