• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub - 53 nəfər ölüb

Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub - 53 nəfər ölüb
29.07.2022 16:34
Ukraynanın Donetsk vilayətinin Olenivka qəsəbəsində ukraynalı əsirlərin saxlanıldığ həbsxananın  atəşə tutulması nəticəsində azı 53 nəfər həlak olub, 75 nəfər yaralanıb. Rusiya tərəfi bu hadisədə Ukraynanı ittiham edir, həmçinin ölənlər arasında azovçuların da olduğunu gizlətmir.
 
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hadisədə xeyli sayda əsrin ölməsi ilə bağlı bəyanat yayıb.

"Rusiya Federasiyasının Silahlı Qüvvələri Donetsk vilayətinin Olenivka yaşayış məntəqəsində ukraynalı məhbusların saxlandığı islah müəssisəsini məqsədyönlü şəkildə artilleriya atəşinə tutub. Beləliklə, Rusiya işğalçıları öz cinayətkar əməllərini - Ukraynanı "müharibə cinayətləri” törətməkdə ittiham etmək, habelə Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərdə işğalçı administrasiyanın və komandanlığının göstərişi ilə orada məhbuslara verilən işgəncələri və edamları gizlətmək məqsədi güdürdülər. Hücumların nəticələri dəqiqləşdirilir. Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Raket və Artilleriya Qoşunları komandirinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Olenivka qəsəbəsi ərazisinə raket və artilleriya zərbələri endirməyib.
Ukrayna Silahlı Qüvvələrinin raket qoşunları və artilleriyası tərəfdaş ölkələrdən alınan yüksəkdəqiqlikli silahlar sayəsində yalnız Rusiya hərbi obyektlərinə müstəsna dəqiqliklə zərbələr endirir. Ukrayna Silahlı Qüvvələri prinsiplərə ciddi əməl edir və beynəlxalq humanitar hüquq normalarına tam şəkildə riayət edir, mülki infrastruktur obyektlərini, xüsusən də hərbi əsir yoldaşlarının saxlanıla biləcəyi yerləri heç vaxt atəşə tutmayıb və atəşə tutmur", - Qərargahdan deyilib.

Eyni zamanda Ukraynanın "Azov” alayının eks-komandiri Andriy Biletski həmin həbsxanada əsir düşmüş azovçuların da olduğunu açıqlayıb.
 
"Rusiya "Azov”a qalib gələ bilmədi, ona görə də inamımızı sındırmaqla məhv etmək istəyir. "Azov” alayı adından mən qırğında iştirak edən hər kəs üçün ov elan edirəm. Vəzifəsindən və yaşayış yerindən asılı olmayaraq hər bir sıravi icraçı və hər bir təşkilatçı məsuliyyət daşıyır. Harada gizlənsəniz, tapılacaq və məhv ediləcəksiniz”, - o deyib.(report.az)



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol