Banqladeşdə avtomobil qatarla toqquşub, 11 nəfər ölüb

Banqladeşdə mikroavtobusla qatarın toqquşması nəticəsində 11 nəfər ölüb, 3 nəfər yaralanıb. Məlumatı "Daily star” yayıb.
Bildirilib ki, hadisə mikroavtobusun dəmiryol xəttini keçən zaman baş verib.
Məlumata görə, sürücü qatarın yaxınlaşması ilə bağlı xəbərdarlığa məhəl qoymayıb. Toqquşmadan sonra qatar mikroavtobusu bir kilometrdən artıq sürüyüb.
www.anews.az
























