• $
  • €
  • ₽
  • ₺
  • £

Gülənçilər və nurçular kimlərdir?

Gülənçilər və nurçular kimlərdir?
29.05.2020 01:07

Azərbaycanda Fəthullah Gülən hərəkatının davamçılarını tez-tez nurçular adlandırırlar. Lakin iki hərəkat arasında oxşarlıqdan daha çox onları fərqləndirən cəhətlər var.

Anspress-in məlumatına görə, siyasi bloqçu Firdevs Robinson BBC-də dərc olunan məqaləsində gülənçilər və nurçular arasındakı fərqləri göstərib.

Nurçular icması Səid Nursinin davamçılarından ibarətdir. O, Bediüzzaman, "öz dövrünün ən alisi" adı ilə də tanınır.Səid Nursi 1877-ci ildə, Osmanlı İmperiyasının son illərində Türkiyənin şərqindəki kürd kəndlərindən birində anadan olmuşdu.NurçularDünyəvi Türkiyə Cümhurriyyətinin ilk illərində o, kürd etirazlarında iştirak ittihamı ilə həbs edilərək qərbi Anadolunun İsparta şəhərinə sürgün edilmişdi. Ömrünün son illərində Səid Nursi ölkənin şərqinə qayıtdı və 1960-cı ildə Urfa şəhərində vəfat etdi. Sürgündə və həbsdə keçirdiyi uzun illər ərzində o, 5 min səhifədən ibarət Risale-i Nur əsərini yaradıb. Sünni sufi ənənələrinə söykənməklə dünyanın müasir görüşünü sərgiləyən bu Quran təfsirilə Səid Nursi yalnız Türkiyə yox, həm də Yaxın Şərqdə ən nüfuzlu ilahiyyatçılardan biri kimi tanınıb.Səid Nursinin vəfatından sonra onun davamçıları "dersane" adlanan oxu dərnəkləri yaratmağı və təfsirlərin öyrənilməsi və tanıdılmasını davam etdiriblər. 1950-ci ildə çoxpartiyalı siyasi sistem yaradılana qədər əsasən gizli şəkildə fəaliyyət göstərən nurçular hərəkatı genişlənməkdə davam edib. Hərəkat birbaşa siyasi fəaliyyətdən kənar durub. Lakin işinə yarayan siyasi partiyanı dəstəkləməklə nurçular daima Türkiyə siyasətində mühüm faktor olaraq qalıblar.

Gülən hərəkatı

Camaat kimi də tanınan Gülən icması bəzən neo-nurçu hərəkatı kimi də tanınır. Onların əvvəllər Nurçu ənənələrinə əsaslanan lideri - Fethullah Gülən 1970-ci illərdə özü ilə nurçular arasına məsafə qoyub. Nurçu icmasını incitməməyə çalışan Gülən, eyni zamanda, Səid Nursi ilə birbaşa əlaqələndirilməkdən çəkinib. O, özünün hər hansı dini qrup və yaxud təriqətə aid olmasını qəbul etmir. Siyasi partiyalara kənardan dəstək verən nurçu hərəkatından fərqli olaraq Gülən icması Türkiyənin polis və ədliyyə kimi aparıcı dövlət institutlarında işləyəcək kadrlar yetişdirib. Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətdə olduğu illərdə yaxşı təhsil almış Gülən tərəfdarları müxtəlif dövlət və hökumət qurumlarında mühüm vəzifələrə təyin olunublar. Fəthullah Gülən siyasət və media sahələrində fəal iştirakına görə ənənəvi Nurçu liderlər tərəfindən tənqid edilib. Gülən hərəkatı öz təhsil müəssisələri, biznes və sivil cəmiyyət qurumları vasitəsilə beynəlxalq aləmdə də geniş təmsil olunub.Camaat indi hazırkı hökumətlə açıq ixtilafda olsa da, hərəkat Səid Nurçu davamçıları ilə müqayisədə daha dövlətpərəst və millətçi kimi tanınır. Fəthullah Gülənin Erdoğan hökuməti ilə qarşıdurması iki təriqət arasında uçurumu daha da dərinləşdirib. Nurçu icmasının liderləri ya hökuməti dəstəkləyib, ya da ki, neytral mövqe tutublar. Nurçu və Gülen icmaları arasında mübahisə yaradan digər bir məsələ Səid Nursi əsərlərinin tərcüməsi və sadələşdirilməsi ilə bağlıdır.Belə ki, nurçu icması liderlərinin etirazlarına məhəl qoymayan Gülən hərəkatı Risalə-i Nur əsərinin bəzi hissələrini müasir türkçəyə çevirərək dərc edib. Bu, nurçuların qəzəbli reaksiyasına səbəb olub.Beləliklə hazırda Türkiyədə müşahidə etdiyimiz qarşıdurma yalnız hökumətlə Fethullah Gülen hərəkatı arasında baş vermir; o həmçinin müxtəlif İslam təriqətləri arasında gedən daha geniş çəkişmənin təzahürüdür.

ANNET.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol