• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Ukraynada "Bayraktar" istehsal edəcəyi zavod üçün torpaq sahəsi alır

Türkiyə Ukraynada "Bayraktar" istehsal edəcəyi zavod üçün torpaq sahəsi alır
09.08.2022 10:00
Türkiyənin "Baykar" şirkəti Ukraynada qeydiyyatdan keçərək, pilotsuz "Bayraktar" uçuş aparatları istehsal edəcək zavodun tikintisi üçün torpaq sahəsi alıb. Bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar "RBC-Ukrayna”ya müsahibəsində deyib.

Kyiv və Ankara 2022-ci ilin fevralın əvvəlində Ukraynada Bayraktar pilotsuz uçuş aparatlarının istehsalı zavodunun inşasını nəzərdə tutan saziş imzalayıb. Eyni zamanda, iyulun ortalarında "Baykar” şirkətinin direktoru Haluk Bayraktar Türkiyənin öz pilotsuz təyyarələrini heç vaxt Rusiyaya tədarük etməyəcəyinə söz verib.

Səfir qeyd edib ki, şirkət zavodun layihəsini özü hazırlayıb və onu sona qədər həyata keçirmək niyyətindədir.

"Çünki bu istehsalın Ukraynada aparılması şirkət sahiblərinin şəxsi öhdəliyi idi,” o bildirib.

Onun sözlərinə görə, belə qərarın təkcə siyasi deyil, həm də praktiki əhəmiyyəti var, belə ki, bu halda gələcək zavodda istehsal olunan modellərin əhəmiyyətli hissəsində Ukrayna istehsalı olan komponentlər olacaq.

"Bu, mühərriklər, digər ehtiyat hissələri, təkərlər, yüksək texnologiyaya malik olduğumuz və bu təyyarələr üçün istifadə edilə bilən bir çox müxtəlif hissələr ola bilər," Bodnar deyib.

Ukrayna Rusiya ilə müharibədə Türkiyənin "Bayraktar TB2" pilotsuz təyyarələrindən fəal şəkildə istifadə edir. Pilotsuz təyyarə həm zərbə, həm də kəşfiyyat funksiyalarını yerinə yetirə bilir. Ukrayna Bayraktardan ilk dəfə 2021-ci ildə döyüş meydanında istifadə edib.

Mayın sonunda Litvanın "Laisves TV" televiziya kanalı "Bayraktar"ın Ukraynaya alınması üçün vəsait toplama kampaniyasına başlayıb. Telekanal 5.9 milyon avro toplaya bilib.

Bununla belə, "Baykar” yığılan pulun Ukraynaya humanitar yardım üçün istifadə olunacağı, Ukrayna və Litva bayraqlarının rənglərinə boyanmış pilotsuz uçan aparatının hədiyyə ediləcəyi ilə bağlı ictimaiyyətlə razılaşıb.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol