• $
  • €
  • ₽
  • ₺
  • £

Snouden canlı yayımda Putini sualı ilə çaşdırdı

Snouden canlı yayımda Putini sualı ilə çaşdırdı
17.04.2014 22:04

Rusiya prezidenti canlı yayımda keçmiş MKİ əməkdaşı Edvard Snoudenin sualını cavablandırıb“Rusiyada terrorçuluğa qarşı mübarizə çərçivəsində bəzi insanların telefon danışığı dinlənilir”.ANS PRESS-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin sualını cavablandırarkən deyib. E.Snouden canlı yayıma bağlanaraq “Rusiya hökuməti kütləvi şəkildə telefon danışıqlarına qulaq asır?” sualını verib.Vladimir Putin suala belə cavab verib: “Cənab Snouden, siz keçmiş MKİ agentisiniz. Mənin də keçmişdə kəşfiyyatla əlaqələrim olub. Ona görə də biz peşəkar dildə danışa bilərik. Rusiyada telefon danışıqlarına qulaq asmaq və bunun internetdə yayımlanması qanunla tənzimlənir. Bunun üçün məhkəmənin icazəsi olmalıdır. Kütləvi şəkildə telefon danışıqlarına qulaq asmaq isə qeyri-qanunidir və bizdə bu, edilmir. Təbii ki, terrorçuluğa qarşı mübarizə aparmaq üçün bəzi telefon danışıqlarına qulaq asırıq. Lakin kütləvi şəkildə həyata keçirmək düzgün deyil. Biz belə işlərlə məşğul deyilik və buna heç vaxt imkan verməyəcəyik”.Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin hazırda canlı yayımda ona ünvanlanan sualları cavablandırır. ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol