Daha 2 azərbaycanlı Ukraynada həlak oldu

Ukraynanın Çerniqov şəhərində bir müddət əvvəl Rusiya ordusu tərəfindən atılan raket zərbələri nəticəsində yanaraq kül olan bir qrup şəhər sakinin DNT analizinin nəticəsi məlum olub.
Bu barədə Çerniqov Birləşmiş Azərbaycanlıları Konqresinin sədri İskəndər Vəliyev bildirib. O qeyd edib ki, şəhərin ərazi müdafiə qüvvələrinin üzvü olan, 1966-cı il təvəllüdlü Əsgərov Fəzail İsa oğlunun yanmış nəşini bu gün morqdan götürərək dəfn ediblər.
www.anews.az
























