• $
  • €
  • ₽
  • ₺
  • £

Hindistan federasiyasının FIFA-ya üzvlüyü dayandırılıb

Hindistan federasiyasının FIFA-ya üzvlüyü dayandırılıb
16.08.2022 12:03
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Şurasının Bürosu Hindistan Futbol Federasiyasının (AIFF) təşkilata üzvlüyünü dayandırıb. Bu barədə FIFA-nın mətbuat xidmətindən bildirilib.

Səbəb təşkilatın keçmiş rəhbəri Praful Patelin öz vəzifəsini tərk etməkdən imtinasıdır. 

Məlumatda deyilir ki, FIFA Şurasının Bürosu üçüncü şəxslərin qeyri-qanuni təsiri ilə əlaqədar AIFF-in qurumdakı üzvlüyünü dayandırıb.

AIFF Federasiyanın keçmiş rəhbəri Praful Patel səlahiyyət müddəti bitdiyi halda vəzifəsində qaldıqdan (Hindistan Ali Məhkəməsi bu addımı etibarsız saysa da) sonra problemlər yaşamağa başladı. Hindistanın Ali Məhkəməsi AIFF İcraiyyə Komitəsinə seçkilərin mümkün qədər tez keçirilməsinə qərar verib. Bundan əlavə, Patelə qarşı məhkəmə qərarına hörmətsizliklə bağlı iş açılıb.

FIFA üzvlüyünün dayandırılmasından sonra Hindistan bu il oktyabrın 11-dən 30-dək 17 yaşadək qızlar arasında dünya çempionatına ev sahibliyi etmək hüququnu itirmək riski ilə üzləşib. FIFA hazırda turnirin Cənubi Asiya respublikasında keçirilməsi imkanlarını dəyərləndirir.
 

Mənbə: India Today

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol