• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəli iş adamından Gürcüstana investisiya!

Türkiyəli iş adamından Gürcüstana investisiya!
18.08.2022 23:00
Gürcüstanın ən böyük mətbəə mərkəzini alan türkiyəli iş adamı xarici investisiyalı ortaqlıq çərçivəsində Tbilisidə 1,5 milyon dollar dəyərində çap müəssisəsinin sahibi olub.

Gürcüstan, Azərbaycan və Qazaxıstanda imzaladığı sazişlərlə türkiyəli iş adamlarının dünya bazarlarında səmərəliliyinin artırılmasına yönəlmiş layihələrə imza atan Bora Yazır Gürcüstanın ən böyük mətbəə müəssisəsini satın alıb.

Bundan sonra türkiyəli iş adamı Bora Yazır Gürcüstanda xarici investisiyalı fərdi ortaqlıq təşəbbüsü ilə birlikdə fəal istehsal həyata keçirən mətbəə mərkəzinə əlavə yatırımlar edərək investisiya həcmini 2,7 milyon dollara çatdıracaq.

İnvestisiyalarının 55%-lik hissəsi üçün ABŞ-ın "Goldman Sachs” bankından kredit götürən Bora Yazır və ortaqları "bu gün çap sənayesində rəqabətin keçmişə nisbətən xeyli artdığı bu çətin mühitdə, dünyanın ən böyük şirkətləri arasında yüksələrək hədəflərimizə çatacağıq. Kiçilən dünya iqtisadiyyatında böyümənin ancaq düzgün investisiya ilə təmin olunacağını vurğulayan və bu istiqamətdə yatırımlar edən bir müəssisənin rəhbəri olmaqdan şəxsim və komandam adına qürur duyuruq”, - deyə bildirərək Azərbaycan və Qazaxıstan bazarlarındakı boşluqdan xəbərdar olduqlarını və növbəti addımlarının bu bazarlar istiqamətində olacağı barədə razılığa gəldiklərini deyib.

Şirkət yatırılan yeni sərmayələrlə gündəlik istehsal gücünü 270% artıraraq həm tələblərə cavab vermək qabiliyyətini artırıb, həm də artan rəqabətdə rəqibləri qarşısında yerini təmin etməyi bacarıb.

Bora Yazır bu innovativ investisiyaların digər dövlətlərdə də davam edəcəyini açıqlayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol