• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynadakı münaqişə danışıqlarla bitməlidir - AÇIQLAMA

Ukraynadakı münaqişə danışıqlarla bitməlidir - AÇIQLAMA
20.08.2022 17:30
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer hesab edir ki, Ukraynada uzanan müharibənin getdikcə kəskinləşməsi təhlükəlidir və münaqişə təcili danışıqlar yolu ilə həll edilməlidir. Henri Kissincer bunu CNN-ə açıqlamasında bildirib.

"Bu (münaqişə) danışıqlarla bitməlidir. Mən təklif edərdim ki, Rusiya sonda dövlət olaraq qalacaq, Ukrayna da dövlət olaraq qalacaq və vəziyyət kökündən dəyişəcək, çünki Ukrayna NATO tərəfindən silahlanmışdı. NATO ilə sıx bağlı idi və NATO ilə müəyyən əlaqələr qalacaq”, -  o bildirib.

"Məncə, Ukraynanın NATO-ya daxil olması ilə bağlı təkliflər səhv idi, lakin baş verənləri nəzərə alsaq, bu, keçmişdə qalıb. Mən müharibəni qeyri-müəyyən müddətə uzatmaqdan çəkinərdim.Çünki tədricən Birinci Dünya Müharibəsinə bənzəyəcək, yəqin ki, eskalasiya olacaq. Ona görə də ümid edirəm ki, tezliklə NATO ölkələri danışıqlar barədə bir-birilə razılığa gələcəklər”, - söyləyib.
 
Eyni zamanda, Kissincer deyib ki, Rusiya münaqişə başlamazdan əvvəl mövcud olan xəttdən geri çəkilməlidirlər.

"Bundan sonra NATO ölkələri Rusiya ilə münasibətləri necə quracaqlarına qərar verməlidirlər ki, bu dövlət "Avropanın bir hissəsi olacaqmı, indi mümkündürmü, yoxsa Avropanın kənarında Çin forpostu olacaq..”, - o deyib. 
 
"Mən birincini hədəfləyərdim", - o əlavə edib.
 
May ayında 99 yaşlı Kissincer Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxış edib. O, Ukraynada nizamlanmaya dair danışıqlara başlamağın vacibliyini vurğulayıb Bir sıra Qərb mediası Kissincerin sözlərini Rusiyaya güzəştə çağırış kimi qiymətləndirib və onu tənqid edib.
 
Kissincer 1923-cü ildə Almaniyada anadan olub. 1938-ci ildə ailəsi nasistlərdən qaçmaq üçün ABŞ-a mühacirət edib. ABŞ Silahlı Qüvvələrinin tərkibində İkinci Dünya Müharibəsində iştirak edib. Siyasətçi 1969-1975-ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi, 1973-1977-ci illərdə isə dövlət katibi vəzifəsini tutub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol