Hulusi Akardan Ukraynadan daşınan taxılın həcmi barədə AÇIQLAMA
Avqustun 1-dən etibarən Ukrayna limanlarından 656,3 min tondan çox taxıl ixrac edilib, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
BMT-nin baş katibi Antonio Quterreşlə İstanbul Birgə Koordinasiya Mərkəzində keçirdiyi mətbuat konfransında nazir deyib ki, taxıl ixracı prosesinə 51 gəmi cəlb edilib.
"Avqustun 1-dən indiyədək Ukraynanın üç limanından 656 min 349 ton taxıl ixrac edilib, kənd təsərrüfatı məhsullarının ixracının artacağını gözləyirik”, - Hulusi Akar qeyd edib.
www.anews.az