Yaponiyanın Baş naziri koronavirusa yoluxdu

Yaponiyanın Baş naziri Fumio Kisidanın koronavirus testi müsbət çıxıb.
Hökumət dairələrindəki mənbənin sözlərinə görə, Yaponiya hökumətinin başçısının bir gün əvvəl yüngül qızdırması və öskürəyi olub.
PCR testinin nəticəsi Yaponiyanın Baş nazirinin koronavirus infeksiyasına yoluxduğunu təsdiqləyib.
www.anews.az
























