• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-də üç polis şübhəlini döyərək öldürüb - VİDEO

ABŞ-də üç polis şübhəlini döyərək öldürüb - VİDEO
22.08.2022 16:28
Amerikanın Arkanzas ştatında üç polis məmuru kişini döyərək öldürüb. Bu barədə BBC məlumat yayıb.

ABŞ-də şübhəlinin yerə yıxıldığını və döyüldüyünü əks etdirən videonun ortaya çıxmasından sonra Arkanzas ştatının üç hüquq-mühafizə orqanı əməkdaşı işdən uzaqlaşdırılıb. Sözügedən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilərin əksəriyyəti tərəfindən hüquq-mühafizə orqanları tənqid edilib.

Crawford Count Şerif ofisinin forması geyinən iki polisdən biri adamın başına dəfələrlə yumruq vuraraq onun başını səkiyə çırpıb. Döyülən şəxs isə əlləri ilə başını tutaraq özünü qorumağa çalışıb.

Videoda görünməyən, lakin hadisəyə şahidlik edən qadının "Onu döymə!”, "Onun dərmana ehtiyacı var!” səsləri eşidilir.  Polislərdən biri ona təhqiredici cavab verib, digəri isə ona maşınına minməyi əmr edib.

Əyalət polisi həbs edilən şəxsin 27 yaşlı Randall Vorçesteri olduğunu müəyyən edib.

Randall Vorçesteri bazar günü səhər mağazalardan birində ətrafa təhdid çağırışları yaymaqda şübhəli bilinib.

"Polislər onunla üz-üzə gələndə onun bir millət vəkilini yerə yıxıb və başının arxasına yumruq vurub. Hadisə nəticəsində videoda görünən olay baş verib”, Arkanzas ştatının hüquq-mühafizə orqanlarının açıqlamasında qeyd olunub.

"Şübhəli xəstəxanaya aparılıb və  onun barədə terrora cəhd, polisə müqavimət göstərmək və digər ittihamlar irəli sürülüb”,- polis əlavə edib.

Bazar günü axşam, Krouford dairəsinin şerifi Cimmi Damante, Arkanzas ştatının polisi və onun ofisi baş verənlərlə bağlı ayrı-ayrılıqda araşdırma apararıb və həmin ərazilərdə seçilmiş 2 millət vəkilinin səlahiyyətlərinin dayandırılacağını söyləyib.

"Mən bütün əməkdaşlarımı əməllərinə görə məsuliyyətə cəlb edirəm və bu məsələdə müvafiq tədbirlər göörəcəyəm”,- Cimmi Damante deyib.

Arkanzas ştatının qubernatoru Asa Hatçinson bazar günü gecə Twitter-də bildirib ki, baş vermiş hadisə araşdırılacaq.

"Krouford qraflığında baş verən hadisə video sübutlara və prokurorun tələbinə əsasən araşdırılacaq”, - Asa Hatçinson deyib.
 


Sadiq Cavadov

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol