Kərbəlada ziyarətçinin olduğu türbə çökdü - Dağıntılar altından meyitlər çıxarılır - VİDEO

İraqın Kərbəla şəhərində çoxlu ziyarətçinin olduğu bir ziyarətgah çöküb.
İndiyədək dağıntılar altında qalan dörd nəfərin meyiti tapılıb. Daha altı nəfər dağıntılar altından çıxarılıb. Xilas edilənlərin üçü uşaqdır.
Ziyarətçilərin olduğu ərazidə çökmə baş verdiyindən dağıntılar altında çoxlu adamın olduğu təxmin edilir və xilasetmə işləri davam edir.
Xilasetmə işləri zamanı hansısa səhvin yeni çöküntülərə səbəb ola biləcəyi istisna edilmir.
www.anews.az
























