Aİ Rusiya vətəndaşlarına viza qadağası qoymasa, Vilnüs regional həll yollarını axtaracaq

Əgər Avropa İttifaqı bütün Rusiya vətəndaşlarına turist vizalarının verilməsinə qadağa qoymağa qərar verməsə, Litva bu imkanı regional səviyyədə müzakirə etməyə davam edəcək. "İnterfaks” xəbər verir ki, bunu Seymdə (Parlament) Xarici Əlaqələr Komitəsinin iclasının yekunları üzrə respublikanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib.
Onun sözlərinə görə, ilk növbədə, Vilnüs Avropa həllinə çalışacaq, çünki bu, hüquq baxımından ən sabit və düzgündür.
"Əgər bu baş verməsə, biz Baltikyanı ölkələr, Polşa və potensial olaraq Finlandiyanı əhatə edəcək regional həll yolunun tapılması imkanını istisna etmirik”, - diplomat bildirib.
Bundan əvvəl Landsbergis Aİ ölkələrini "bundan sonra” ruslara əvvəllər verilmiş çoxsaylı turistik Şengen vizalarını ləğv etməyə çağırmışdı. Eyni zamanda, o qeyd edib ki, bu məsələ indi viza verən Aİ ölkələri ilə bunu dayandıran ölkələr arasında parçalanmaya səbəb ola bilər.
www.anews.az

Daha sonra diplomat aydınlaşdırıb ki, Vilnüs humanitar səbəblərə görə lazım olan ruslara viza verməkdə davam edəcək.
Gülnar
www.anews.az