Almaniyada qaz anbarlarını 80% doldurmaqla enerji təhlükəsizliyinə zəmanət verdilər

Almaniyanın Federal Şəbəkə Agentliyinin hesabatına görə, Almaniyanın qaz anbarları 80% doludur.
"Qaz anbarlarının ümumi doldurulma səviyyəsi 80,14 faiz təşkil edir”, - sənəddə deyilir.
Tənzimləyicinin sözlərinə görə, hazırda Almaniyaya qaz tədarükü stabildir. "Şimal axını 1” vasitəsilə vurulma hazırda maksimum gücün təxminən 20%-ni təşkil edir.
İyulun sonunda Almaniya hökuməti tələblər qəbul etdi ki, onlara əsasən, yeraltı qaz anbarları sentyabrın 1-dək 75%-ə qədər, oktyabrın 1-dək 85%-ə qədər və noyabrın 1-dək 95%-ə qədər doldurulmalıdır.
Daha əvvəl bildirilmişdi ki, Avropa öz anbarlarına qaz vurmaqda davam edir və iyunun 8-də onların orta doldurma səviyyəsi 50%-i keçib. Bunu Gas Infrastructure Europe (GIE) şirkətinin məlumatları sübut edir.
İyunun 8-nə Avropanın qaz anbarları 50,24% dolu olub. Onlardakı qazın ümumi həcmi təqribən 53,3 milyard kubmetrə çatıb.
www.anews.az

Gülnar
www.anews.az