• $
  • €
  • ₽
  • ₺
  • £

10 qiqabitlik “Wi-Fi” texnologiyası yaradılacaq

10 qiqabitlik “Wi-Fi” texnologiyası yaradılacaq
16.04.2014 23:06
"Quantenna  Communications" şirkəti məlumatların saniyədə 10 qiqabit sürətlə ötürülməsini təmin edəcək ilk "Wi-Fi" çipsetinin hazırlanması ilə məşğuldur. Belə yüksək buraxılış qabiliyyətinin səkkiz antena konfiqurasiyası (8х8 MIMO) sayəsində əldə olunması nəzərdə tutulur. Mikrosxemin tədarükünə 2015-ci ildə başlamaq planlaşdırılır.Yeni işləmədə "8х8 MU-MIMO" (multi-user Multiple Input Multiple Output) – məlumat axınının qəbulu və göndərilməsi üçün eyni anda 8-dək axın və antenanı nəzərdə tutan çoxlu giriş və çoxlu çıxış texnologiyasından istifadə olunur. "MU-MIMO"-nun fərqləndirici cəhəti onun informasiyanı eyni vaxtda bir neçə qurğuya göndərmək üçün antenaları çoxlu müstəqil çıxış nöqtələrinə cəlb etməsindədir.   Müqayisə üçün qeyd edək ki, "ASUS" şirkətinin yanvarda "CES" sərgisində nümayiş etdirdiyi yeni "RT-AC87U" marşrutlayıcısında məkan axınının maksimal sayı 4, məlumat sürətinin ötürülməsini 1,7 Qbit/saniyə təşkil edir. "Linksys WRT-1900AC" kimi müasir marşrutlayıcıların əksəriyyəti isə daha aşağı sürətlə işləyir. Onların çipsetlərində adətən "3x3 MIMO" konfiqurasiyasından istifadə edilir ki, bunun da sayəsində buraxılış qabiliyyəti 1,3 Qbit/saniyəni ötmür. "Quantenna" nümayəndələri bildiriblər ki, onların yeni texnologiyası "Wi-Fi 802.11ac" və ondan əvvəlki "802.11/a/b/g" və  "802.11/a/b/n" standartlarını dəstəkləyəcək. Lakin çipsetlərin gələcək smartfon, planşet və batareya ilə işləyən digər qurğularda quraşdırılacağını gözləməyə dəyməz. Şirkət nümayəndələrinin sözlərinə görə, texnologiyanın tətbiq olunacağı sahə internet provayderlərinin infrastrukturu, korporativ şəbəkə, noutbuk və fərdi kompüterlərin ana plataları, PCIe-kartlar, marşrutlayıcı və digər avadanlıqlarla məhdudlaşacaq.//İctnews.az  
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol