• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan DİN rəhbəri Azərbaycana təşəkkür etdi

Gürcüstan DİN rəhbəri Azərbaycana təşəkkür etdi
25.08.2022 10:14
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ölkəsində davam edən meşə yanğınlarının söndürülməsi üçün xüsusi texnikanın göndərilməsi təklifinə görə Azərbaycana təşəkkür edib.

Bu barədə o, jurnalistlərə brifinqdə bildirib.

Nazirin sözlərinə görə, Borjomidə yanğınların yerlərini və yanğının yayılma sahəsini azaltmaq mümkün olub, ancaq lokallaşdırmanın vaxtı hava şəraitindən asılıdır.

"Mən Azərbaycan tərəfinə, dostlarımıza təşəkkür etmək istəyirəm. Bizdə də texnika var, amma mürəkkəb relyefə görə işlər dayandırılıb. Bura elə bir ərazidir ki, fiziki cəhətdən işləyə bilmirik. Helikopterlər səhərdən işləsələr də, küləkli havaya görə problemlər yaranıb. Yanğınsöndürən təyyarə böyük lüksdür və bu bizdə yoxdur. Türkiyə tərəfi bu işdə bizə kömək etdi, buna görə onlara minnətdarıq”, – deyə Vaxtanq Qomelauri bildirib.

Onun sözlərinə görə, Bakı-Ceyhan kəmərinə yanğın təhlükəsi yoxdur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol