• $
  • €
  • ₽
  • ₺
  • £

“Twitter” saxta hesablarla bağlı Maska hesabat verməyə məcbur edildi

“Twitter” saxta hesablarla bağlı Maska hesabat verməyə məcbur edildi
26.08.2022 16:08
Amerikalı sahibkar Elon Mask "Twitter” sosial şəbəkəsində saxta hesabların sayı barədə məlumatlara giriş əldə edəcək. Bu barədə Delaver məhkəməsi qərar verib.

Məlumata görə, hakim Keytlin Makkormik milyarderin müraciətlərinin əksəriyyətini "absurd dərəcədə böyük” adlandıraraq rədd etsə də, iddiaçının bəzi əlavə məlumatlara giriş tələbini əsaslı hesab edib.

Beləliklə, qərara əsasən, "Twitter” komandasının əvvəllər seçdiyi 9000 hesabın məlumatları Maska təhvil verilməlidir.

"Twitter”in aylardır bizdən gizlətdiyi məlumatların qiymətləndirilməsini səbirsizliklə gözləyirik”, - milyarderin nümayəndəsi bildirib.

Elon Mask ilin əvvəlində sosial şəbəkəni almaq üçün 44 milyard dollar təklif etmişdi, ancaq bunun müqabilində spam göndərmək üçün istifadə edilən saxta hesabların sayına dair məlumatların bir daha yoxlanılmasını tələb edib. Daha sonra o, şirkətə müqavilədən çıxdığını bildirdi.

Bundan sonra "Twitter” sosial şəbəkəni almağa məcbur etmək üçün Maskı məhkəməyə verdi.

İyulun 29-da sahibkar əks iddia qaldırdı.

Avqustun 6-da Mask özünün "Twitter” hesabında şirkətlə müqaviləni yeniləmək üçün yeni şərti olduğunu bildirdi.

"Əgər "Twitter” sadəcə olaraq 100 hesabın seçilmə metodunu və onların necə təsdiqləndiyini göstərərsə, o zaman razılaşma ilkin şərtlərlə həyata keçirilə bilər”, - milyarder yazıb.(oxu.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol