Klintona tufli atan qadını 2 il həbs gözləyir - VİDEO
16.04.2014 19:13
ABŞ-ın eks dövlət katibi Hilları Klintona tufli atan amerikalını 2 il həbs cəzası gözləyir. 36 yaşlı Elison Mişel Ernst 10 apreldə Klintonun Las-Veqas otelindəki mühazirəsi zamanı kürsüyə çıxan siyasətçinin üstünə ayaqqabı atıb. Heç bir xəsarət almayan Klinton, hadisəni yumorla qarşılayıb. Qadın insan azadlığı sərhədini pozmaqda və zorakılıq hərəkəti törətməkdə ittiham edilir. Qadın 24 iyunda Las-Veqasda keçiriləcək məhkəməsinə qədər polis nəzarətində olacaq. İrəli sürülmüş ittihamlara görə onu iki ilə qədər həbs cəzası gözləyir.//Anspress