• $
  • €
  • ₽
  • ₺
  • £

ArcelorMittal Almaniyada iki zavodunu bağlayır

ArcelorMittal Almaniyada iki zavodunu bağlayır
05.09.2022 13:17
Dünyanın ən böyük polad istehsalçılarından biri olan ArcelorMittal SA elektrik enerjisinin qiymətində kəskin artım səbəbindən Almaniyadakı iki zavodunu bağlamağı planlaşdırır. Bu barədə The Wall Street Journal yazır. 

Məlumata görə, şirkət Bremendəki polad istehsalı və Hamburqdakı məftil istehsalı zavodunu bağlamağı düşünür. 

Bundan əlavə, şirkət tələbatın az olması səbəbindən İspaniyada da polad istehsalı zavodunu bağladığını açıqlayıb.

Polad istehsalı kimya sənayesi, gübrə və şüşə istehsalı kimi sənayelərlə yanaşı, ən çox enerji tələb edən sahələrdən biridir. Atmosferə çirkləndirici emissiyaların buraxılmasının  azaldılması və metalların qiymətlərinin aşağı salınması ilə bağlı dünya ölkələrinin sərgilədiyi səylər də Polad istehsalçılarına  mənfi təsir edir. 

 "Yüksək qaz və elektrik qiymətləri rəqabət qabiliyyətimizə güclü təzyiq göstərir",  Almaniyadakı ArcelorMittal şirkətinin rəhbəri Rainer Blaschek deyib. 

Şirkət artıq Almaniyada qaz istehlakını azaltdığını, lakin buna baxmayaq yüksək xərclər səbəbindən iki şirkətinin fəaliyyətini davam etdirmək gücündə olmadığını bildirib.

Almaniya və İspaniyadakı iki polad zavodu keçən il təxminən 3,65 milyon ton metal istehsal edib. Ümumilikdə şirkət ildə təxminən 70 milyon ton polad istehsal edir.

N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol