• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Rusiya bankını terrorçuluğu maliyyələşdirməkdə ittiham etdi

Ukrayna Rusiya bankını terrorçuluğu maliyyələşdirməkdə ittiham etdi
16.04.2014 09:53
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya bankını ölkənin şərqində terrorçu qrupları maliyyələşdirməkdə ittiham edib.APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, xüsusi xidmət orqanının məlumatına görə, iğtişaşlarda iştirak edən Rusiya yönümlü fəalların hər birinin plastik kartına bankın vasitəçiliyi ilə hər gün 200-500 dollar köçürülür. UTX hələlik bankın adını açıqlamır.    “Ukraynanın şərq bölgələrində separatçı şüarlar altında fəaliyyət göstərən terrorçuların maliyyələşdirilməsini təşkil edən və hazırda da təmin edən Rusiya banklarından birinin rəhbər şəxsləri barəsində cinayət icraatı başlanıb”, deyə qurumun mətbuat xidmətinin açıqlamasında bildirilir. Ukrayna xüsusi xidmət orqanının məlumatına görə, 2014-cü ilin mart-aprel ayları ərzində qeyd olunan bankın Kiyevdə yerləşən mərkəzi ofisinin vəzifəli şəxsləri vətəndaşlara qarşı zor tətbiq edən, dövlət əmlakına ziyan vuran və dövlət obyektlərini zəbt edən terrorçu qrupların təşkilatçılarını maliyyələşdiriblər. Faktla bağlı Ukrayna CM-in 285-5-ci maddəsi ilə (terrorçuluğun maliyyələşdirilməsi) cinayət işi başlanıb.  ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol