• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna təhlükəsizliyinin qarantı olacaq ölkələrin adlarını açıqlayıb - SİYAHI

Ukrayna təhlükəsizliyinin qarantı olacaq ölkələrin adlarını açıqlayıb - SİYAHI
13.09.2022 18:47
Ukrayna Prezidentinin Aparatı təhlükəsizlik təminatları ilə bağlı tövsiyələr təqdim edib.

Tövsiyələr Ukrayna və qarant dövlətləri bir araya gətirəcək birgə strateji tərəfdaşlıq sənədi olan "Kiyev Təhlükəsizlik Müqaviləsi”nin yaradılmasını təklif edir.

Müttəfiqlərin əsas qrupunun Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün aydın öhdəliklər götürməsi, daha geniş qrupun isə sanksiyalar mexanizmləri ətrafında qurulmuş qeyri-hərbi təminatlar verməsi gözlənilir.

Müqavilə müttəfiq ölkələrin əsas qrupunu və Ukraynanı birləşdirəcək. Bu qarant dövlətlər qrupuna ABŞ, Böyük Britaniya, Kanada, Polşa, İtaliya, Almaniya, Fransa, Avstraliya, Türkiyə, həmçinin Şimal ölkələri və Baltikyanı dövlətlər, Mərkəzi və Şərqi Avropa daxil ola bilər.
 
Prezident Zelenskinin ofisi Hindistan, Çin və Rusiyanı Ukraynanın təhlükəsizliyinin potensial qarantları siyasına daxil etməyib.

Prezident Aparatının mesajında ​​qeyd edildiyi kimi, təhlükəsizlik təminatları zaminlər qrupunun Ukrayna ilə birlikdə götürdüyü bir sıra öhdəlikləri müəyyən edəcək.

Həmçinin qeyd edilir ki, təminatlar ikitərəfli razılaşmalar əsasında siyasi və hüquqi cəhətdən məcburi olmalıdır, lakin "Kiyev Təhlükəsizlik Müqaviləsi” adlı birgə strateji tərəfdaşlıq sənədində birləşdirilməlidir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol