• $
  • €
  • ₽
  • ₺
  • £

Sedat Pekerin evinə silahlı hücum olub

Sedat Pekerin evinə silahlı hücum olub
14.09.2022 22:38
Mütəşəkkil cinayətkarlıq təşkilatına rəhbərlik etməkdə ittiham olunan və xaricdən verdiyi açıqlamalarla gündəm yaradan Sedat Pekerin İstanbuldakı evinə silahlı hücum olub. Bu barədə Türkiyə KİV yazıb.

Sedat Pekerin İstanbulun Beykoz rayonanunda müsadirə olunan evinə səhər saat 09:30-da silahlı hücum olub. İddiaya görə, avtomobillə evin qarşısına gələn silahlı şəxslər evi atəşə tutublar.

Hücum zamanı Pekerin yaxın adamlarından olduğu iddia edilən Yılmaz Günay 3 güllə yarası alıb. Xəstəxanaya aparılan Günayın həyati təhlükəsinin olduğu deyilir.

Hadisə ilə bağlı araşdırma aparan İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları hücumun Yılmaz Günayla problemi olan şəxslər tərəfindən həyata keçirildiyini qeyd ediblər.

Siyasi mafiya əlaqələri və bürokratiyadakı korrupsiya iddialarını gündəmə gətirən Sedat Pekerin Türkiyədə bəzi təbəqələr tərəfindən öldürüləcəyi iddia edilib.
 
Xaricdə yaşayan Pekerin Beykozdakı evinin olduğu ərazi ötən ay Milli Parklar Baş Müdirliyinə verilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol