• $
  • €
  • ₽
  • ₺
  • £

Hicaba görə saxlanılan qızın ölməsi kütləvi etirazlara səbəb oldu - Video

Hicaba görə saxlanılan qızın ölməsi kütləvi etirazlara səbəb oldu - Video
19.09.2022 09:46
İranda hicabını düzgün geyinmədiyi üçün polis tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 22 yaşlı Məhsə Əmininin dəfnindən sonra ölkənin qərbində etiraz aksiyası başlayıb.Bu barədə  "The Guardian"agentliyi xəbər verir.
 
22 yaşlı qızın ölümünü İran rəsmiləri ürək problemləri ilə əlaqələndiriblər. Hadisə şahidlərinin sözlərinə görə isə qız əxlaq polisləri tərəfindən döyüldükdən sonra dünyasını dəyişib.
 
Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Məhsə Əmin ailəsi ilə birlikdə İranın qərbindəki Kürdüstan əyalətindən paytaxt Tehrana qohumlarını ziyarət etmək üçün səfər edərkən ölkənin qadın geyimi ilə bağlı qaydalarına əməl etmədiyi üçün həbs edilib. 
 
Şahidlər Məhsə Əminin polis mikroavtobusunda döyüldüyünü bildiriblər. Həbs olunduqdan bir neçə saat sonra Məhsə Əminin ailəsinə onun xəstəxanaya aparıldığı barədə məlumat verilib.
 
Məhsə Əminin xəstəxana çarpayısında koma vəziyyətində başında sarğı və süni nəfəs borusu taxılmış fotoları sosial mediada yayılıb. Bundan sonra iranlı qadınlar mərhumla həmrəylik əlaməti olaraq baş örtülərini çıxarıb havaya atıblar.
 
İranda hicabı çıxarmaq cinayət əməlidir.
 

 
Aytac

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol