• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Rusiyaya keçməyə cəhd edən 5 Pakistan vətəndaşı saxlanılıb

Azərbaycandan Rusiyaya keçməyə cəhd edən 5 Pakistan vətəndaşı saxlanılıb
19.09.2022 13:03
Azərbaycandan Rusiyaya keçmək istəyən 5 pakistanlı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"Sentyabrın 18-də saat 20:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan Rusiya stiqamətində keçməyə cəhd edərkən 5 nəfər Pakistan vətəndaşları - 1985-ci il təvəllüdlü Ali Sajjad, 1992-ci il təvəllüdlü Munawar Waseem, 1998-ci il təvəllüdlü Yousaf Subtain, 2002-ci il təvəllüdlü Usman Muhammad və 2005-ci il təvəllüdlü Hassan Ali saxlanılıblar", - o deyib.

Saxlanılan şəxslərdən üçünün avqustun sonlarında rəsmi qaydada Pakistandan Lahor-Bakı reysi ilə, ikisinin isə sentyabrda Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə Azərbaycana gəlmələri müəyyənləşdirilib.

Araşdırma zamanı Pakistan vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları məlum olub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol