• $
  • €
  • ₽
  • ₺
  • £

Bayden COVID-19 pandemiyasının başa çatdığını elan etdi

Bayden COVID-19 pandemiyasının başa çatdığını elan etdi
19.09.2022 13:14
ABŞ Prezidenti Co Bayden koronavirus pandemiyasının başa çatdığını düşünür. Bu barədə o, CBS telekanalına müsahibəsində bildirib.
 
O, pandemiyanın bitdiyini bildirib.

"Pandemiya bitib. Bizim hələ də COVID ilə problemimiz var, hələ də bunun üzərində çox işləyirik... amma pandemiya bitib. Diqqət etsəniz, heç kim maska ​​taxmır, görünür hamı yaxşı vəziyyətdədir", - Bayden deyib. 

Son bir ay ərzində ABŞ-da hər gün orta hesabla 60 mindən çox yeni COVID yoluxması aşkar edilib, hər gün təxminən 400 nəfər bu xəstəlikdən ölüb. Pandemiyanın başlanğıcından bəri 95 milyon ABŞ sakini koronavirusa yoluxub, bir milyondan çox insan dünyasını dəyişib.

Son 28 gündə dünyada 16 milyona yaxın koronavirusa yoluxma halı aşkarlanıb, 54 min xəstə dünyasını dəyişib. Pandemiyanın başlanğıcından bəri 600 milyondan çox insan xəstələnib, altı milyondan çox insan ölüb.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus sentyabrın 14-də bildirib ki, yeni koronavirus yoluxmaları ilə bağlı əvvəlki həftənin statistikası 2020-ci ilin martından bəri ən aşağı göstəricidir. Pandemiya hələ bitməyib, lakin "son yaxındır" deyə Qhebreyesus əlavə edib.
 
Sadiq Cavadov

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol