• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Nyu-York-un Mərkəzi parkında gəzintiyə çıxıb- VİDEO

Ərdoğan Nyu-York-un Mərkəzi parkında gəzintiyə çıxıb- VİDEO
19.09.2022 15:54
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Mərkəzi Parkda gəzintiyə çıxıb. Bu barədə informasiya "ensonhaber.com” saytında yer alıb.

Səfər çərçivəsində Nyu Yorkdakı Türk Evinə gələn prezident Ərdoğan Türkiyə vətəndaşları tərəfindən maraqla qarşılanıb.

Daha sonra Ərdoğan səhər saatlarında şəhərin Mərkəzi Parkına gəlib və burada gəzib və şəhər sakinləri ilə söhbət edib.

Prezidenti görən xarici vətəndaşlar heyrətlərini gizlədə bilməyiblər.

Ərdoğan gənclər və cütlüklərlə uzun müddət söhbət edib. Onunla şəkil çəkdirmək istəyənləri incitməyib.

Prezident Ərdoğan daha sonra Mərkəzi Parkdakı restoranda əyləşib. Bu arada Burkina Fasolu velosipedçi Maykl Ərdoğanın masasına gəlib.

Həmin anları cib telefonu ilə lentə alan Maykl "Dünyanın ən yaxşı prezidenti” deyərək selfi çəkdirib. Ərdoğan velosipedçi fanatına ingiliscə "Tanış olduğum üçün çox şadam” deyib.

Həmin anlar sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.
 

 Aytac Zeynalova
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol