• $
  • €
  • ₽
  • ₺
  • £

Yuliya Timoşenko: “Ukraynaya faktiki müharibə elan olunub"

Yuliya Timoşenko: “Ukraynaya faktiki müharibə elan olunub"
14.04.2014 19:18
“Artıq Rusiya işğalçılarına qarşı ümummilli müqavimətin təşkilinin vaxtı çatıb”“Hörmətli həmvətənlər, bu gün vətənimiz ölümcül təhlükə qarşısında qalıb. Xarici təcavüz səbəbindən Ukrayna öz dövlət müstəqilliyini və suverenliyini itirməyin astanasındadır. Söhbət artıq Ukraynanın daxili işlərinə müdaxilədən deyil, ölkəmizin işğalına cəhddən gedir. Şərqdə ukraynalı separatçılar yox, yaxşı təlim görmüş rusiyalı diversantlar fəaliyyət göstərir. Gəlin, açıq danışaq: faktiki olaraq Ukraynaya müharibə elan olunub”. APA-nın “Censor.net” saytına istinadən verdiyi məlumata görə, bu sözləri hazırda hakimiyyətdə olan “Batkivşina” (Vətən) Partiyasının lideri Yuliya Timoşenko Ukrayna xalqına müraciətində deyib.   Y. Timoşenko qeyd edib ki, son ana qədər böhranın sülh yolu ilə həllinə əmin olub, lakin artıq bu şans itirilib: “Biz onları dayandırmasaq, onlar dayanmayacaq. Bu gün yəqin ki, Ukraynanın 23 illik müstəqillik dövrünün ən ağır günüdür. Artıq qərar qəbul etməyin vaxtı çatıb. Təcavüzkarı barışığa çağırmaq əbəsdir. Ona görə də mən, Ukraynanın ən iri siyasi partiyalarından birinin lideri kimi, Ukrayna Silahlı Qüvvələrini cəlb etməklə qətiyyətli antiterror əməliyyatının keçirilməsini dəstəkləyirəm. Bütün mümkün vasitələrlə, o cümlədən ümumi səfərbərlik keçirməklə rus işğalçılarına qarşı ümummilli müqavimətin təşkilini elan etməyin zamanı yetişib. Biz dünyaya sübut etməliyik ki, özümüzü müdafiə edə bilirik. Onda dünya da bizə kömək edəcək. Mən Qərb dövlətlərinin liderlərini Rusiya dövlətinə qarşı sanksiyaların üçüncü mərhələsini tətbiq etməyə çağırıram. Mən həmçinin dünya liderlərindən öz azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqına hərbi kömək göstərilməsini xahiş edirəm”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol