Rusiya Müdafiə Nazirliyində kadr dəyişikliyi

Dmitri Bulqakov başqa işə keçməsi ilə əlaqədar Rusiya müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini vəzifəsindən azad edilib. Onun əvəzinə bu vəzifəyə Mixail Mizintsev təyin edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ordu generalı Dmitri Bulqakov 2008-ci ildən Müdafiə Nazirliyinin rəis müavinidir. Onun indi hansı vəzifəni tutacağını hərbi idarə dəqiqləşdirməyib.
Onun yerinə təyin edilən Mixail Mizintsev əvvəllər Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəisi vəzifəsində çalışıb.
www.anews.az
























