• $
  • €
  • ₽
  • ₺
  • £

Antalyada məlumatlandırma aksiyası keçirilib

Antalyada məlumatlandırma aksiyası keçirilib
25.09.2022 23:00
Türkiyənin Antalya şəhərində yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz və Azərbaycan ordusuna dəstək məqsədilə məlumatlandırma aksiyası keçirib. 
 
Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. 
 
Tədbirdə çıxış edən dərnəyin sədri Lalə Həsənova təcavüzkar Ermənistanın son təxribatını sülh danışıqlarına vurulan növbəti zərbə adlandırıb. Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan sülh danışıqlarına məhz Ermənistanın ciddi əngəl törətdiyinə, Azərbaycanın irəli sürdüyü 5 prinsipi yalnız sözdə qəbul etdiyinə diqqəti cəlb edib. 
 
Dərnək sədri Türkiyə rəsmilərini və beynəlxalq qurumları Ermənistanın təxribatlarına, revanşist ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində rəsmi İrəvana güclü təzyiqlər göstərilməsinə çağırıb.
 
Azərbaycanın və Türkiyənin iri ölçülü bayraqlarını dalğalandıran tədbir iştirakçıları "Qarabağ Azərbaycandır!”, "Dönməz geri Türkün əsgəri!”, "Dövlətimin yanındayam!” şüarlarını səsləndirməklə Azərbaycana dəstəklərini nümayiş etdiriblər. 
 
Aksiyada yerli dövlət orqanlarının, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol