Melitopolun mərkəzində partlayış baş verib

Zaporojye vilayətinin cənubundakı Melitopol şəhərinin mərkəzində partlayış baş verib. Bunu "Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri, Zaporojye vilayəti administrasiyasının baş şurasının üzvü Vladimir Roqov Teleqram-kanalında yazıb.
"Şəhərin mərkəzində partlayış olub", - Roqov deyib.
Zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb.
Bundan əvvəl şəhər administrasiyası Lomonosov küçəsində avtomobilin partlaması nəticəsində təxribatçı olduğu ehtimal edilən Ukrayna silahlı qüvvələrinin hərbçisinin öldüyünü açıqlamışdı. İlkin məlumata görə, hücumu hazırlayan şəxs partlayıcı maddələrlə ehtiyatsız davrandığı üçün ölüb.
Bundan əvvəl Roqov Enerqodar və İvanovkanın Ukrayna silahlı qüvvələri tərəfindən atəşə tutulması barədə məlumat vermişdi. O əlavə edib ki, atəş NATO tipli ağır artilleriyadan olub.
www.anews.az

Onun sözlərinə görə, İvanovkadakı seçki məntəqələrindən biri atəşə məruz qaldığı üçün ehtiyat binaya köçürülməli olub. Məntəqə komissiyası "Enerqodar”ın digər sahələrində olduğu kimi orada da fəaliyyətini adi qaydada davam etdirəcək.
Gülnar
www.anews.az