Tehranda tələbələr etiraza qalxdılar

İranın paytaxtı Tehranda Tərbiyət Modərres Universitetində tələbələr etiraz aksiyası keçirib.
Tələbələr əvvəlki etiraz aksiyalarında saxlanılan tələbələrin azad edilməsini istəyiblər.
16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar keçirilib. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.
www.anews.az