Azərbaycanda Rusiya universitetlərinin filialları açılacaq

Azərbaycanda Rusiya universitetlərinin filiallarının açılması ilə bağlı müzakirələr gedir, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə bildirib.
"Bütün bu mədəni hadisələr əlaqələrimizi daha da gücləndirir. Azərbaycanda 347 məktəbdə rus dilində tədris var. İndi Azərbaycanda Rusiyanın təhsil standartlarına uyğun məktəbin yaradılması, Rusiya universitetlərinin filiallarının açılması ilə bağlı müzakirələr gedir”,- Duma sədri deyib.
O, həmçinin Dövlət Dumasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərginin keçirilməsini təklif edib.
Bu gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfərə gəlib. O, səfər zamanı Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş keçirib.
www.anews.az