• $
  • €
  • ₽
  • ₺
  • £

Ən yoxsul ölkələrdə ərzaq çatışmazlığı Qərbin “fırıldağıdır” - Putin

Ən yoxsul ölkələrdə ərzaq çatışmazlığı Qərbin “fırıldağıdır” -  Putin
27.09.2022 15:31
Qərb ölkələrinin Ukrayna taxılının ixracı ilə bağlı yeritdiyi siyasət və  bu taxılın ixracının ləngidilməsi səbəbdən dünyanın ən yoxsul ölkələrinin böhrana məruz qalması barədə fikirlər uydurmadır. Bunu Rusiya prezidenti Vladimir Putin mövsümi tarla işlərinin gedişi ilə bağlı keçirilən müşavirədə bildirib. 

Putin qeyd edib ki, BMT proqramına əsasən, sentyabrın 23-nə Ukrayna limanlarını tərk edən 203 gəmidən yalnız dördü ən yoxsul ölkələrə çatıb. Gəmilərin çoxu isə Avropa Birliyi ölkələrinin limanlarına yan alıb. 

"Burada vəziyyət dəyişmir. Bu sadəcə fırıldaqdır, başqa bir şey deyildir",  - Putin deyib. 

Prezident həmçinin vurğulayıb ki, Qərb ərzaq bazarında özünü yırtıcı kimi aparır və bu da qiymətlərin bahalaşmasına səbəb olub.

Bundan əlavə, Rusiya liderinin sözlərinə görə, Rusiyadan taxıl və gübrə ixracına tətbiq edilən sanksiyalar da dünyanı ərzaq təhlükəsizliyi ilə üz-üzə qoyan səbəblərdən biridir və buna görə  Qərb məsuliyyət daşıyır.

Prezident həmçinin bildirib ki, Rusiyada bu il taxıl yığımı rekord göstəriciyə çata bilər. Belə ki, bu il 150 milyon ton taxılın məhsuldarlığı gözlənilir və artıq 138,7 milyon ton məhsul yığılıb.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Avropada saxlanılan  300 min ton gübrəni Afrika ölkələrinə təmənnasız verməyi  təklif edib.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol